Bank Of Baku

Azərbaycan futbolçuları qrup sonuncusu olub

Azərbaycan futbolçuları qrup sonuncusu olub
# 29 avqust 2019 21:38 (UTC +04:00)

Ukraynanın Kiyev şəhərində təşkil edilən Viktor Bannikov beynəlxalq turnirində iştirak edən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası qrupda son oyununu keçirib.

APA-nın məlumatına görə, yığma latviyalı həmyaşıdları ilə qarşılaşıb.

Vüqar Məmmədin baş məşqçisi olduğu komanda 0:2 hesabı ilə məğlub olub. Bununla da milli qrupda sonuncu yeri tutub.

Milli avqustun 30-da, Bakı vaxtı ilə saat 13:00-da 7-ci yer uğrunda görüşdə Litva komandası ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan millisi bunadək İsrailə 0:6, Ukraynaya 2:4 hesabı ilə uduzub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR