Dünya çempionatının seçmə mərhələsində çıxışını davam etdirən çimərlik futbolu üzrə Azərbaycan millisi növbəti oyununu keçirib.
APA-nın məlumatına görə, yığmamız İsveçrə yığması ilə qarşılaşıb.
Qrup mərhələsindəki son matçına çıxan futbolçularımız 2:3 hesabı ilə uduzublar. Yığmamızın qollarını Comərd Baxşəliyev və Ramil Əliyev vurub.
Bunadək İspaniyaya 3:9, Rusiyaya 0:6 hesabı ilə uduzan komandamız qrupda sonuncu olub. Sabah 7-ci yer uğrunda oyunda millimiz Polşa yığması ilə qarşılaşacaq.