Futzal üzrə UEFA Çempionlar Liqasında çıxış edəcək “Araz”ın oyunlarının təqvimi müəyyənləşib.
APA-nın məlumatına görə, Belçikada keçiriləcək qrup oyunlarında təmsilçimiz ilk matçına oktyabrın 9-da çıxacaq.
Naxçıvan təmsilçisi “Halle Gooik” ilə görüşəcək. Ölkə çempionu ertəsi gün “Benfika”, son turda “Xerson”la qarşılaşacaq.
9 oktyabr
“Araz” - “Halle Gooik” (Belçika)
Halle şəhəri. De Bres Arena. Saat 22:30
10 oktyabr
“Araz” - “Benfika” (Portuqaliya)
Halle şəhəri. De Bres Arena. Saat 19:30
12 oktyabr
“Xerson” (Ukrayna) – “Araz”
Halle şəhəri. De Bres Arena. Saat 19:30