Bank Of Baku

Futbol üzrə Azərbaycan kubokunda 12 komanda iştirak edəcək

Futbol üzrə Azərbaycan kubokunda 12 komanda iştirak edəcək
# 31 oktyabr 2019 17:09 (UTC +04:00)

Futbol üzrə Azərbaycan Kubokunda 2019-2020-ci illər mövsümünün iştirakçı komandaları müəyyənləşib. 

APA-nın məlumatına görə, yarışda 12 komanda iştirak edəcək.

Premyer Liqanın 8 komandası ilə yanaşı, I Divizion təmsilçiləri olan “Zaqatala”, “Kəpəz”, “Ağsu” və “Qaradağ Lökbatan” kubokda mübarizə aparacaq. 

Püşkatma mərasimi noyabrın 13-də AFFA-nın inzibati binasında keçiriləcək. Tədbir saat 15:00-da başlayacaq.

Qeyd edək ki, aşağı liqada əvəzedici komandalarla birgə çıxış edən klublardan ikisi – MOİK və “Turan-Tovuz” isə kubokda oynamağı məqsədəuyğun saymayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR