Bank Of Baku

Azərbaycan millisi elit-raunda yüksəlib

Azərbaycan millisi elit-raunda yüksəlib
# 24 oktyabr 2019 21:34 (UTC +04:00)

Futzal üzrə Azərbaycan milli komandası dünya çempionatının əsas seçmə mərhələsində növbəti oyununu keçirib.

APA-nın məlumatına görə, Joze Alesionun baş məşqçisi olduğu komanda oyunları Bakıda baş tutan Avropa zonasının 3-cü qrupunda 2-ci matçına çıxıb.

İlk turda Moldovanı 3:1 hesabı ilə yenən komanda Monteneqro ilə görüşüb. Yığma 5-ci dəqiqədə Bolinyanın qolu ilə hesabı açıb. Lakin ardınca iki top buraxan milli fasiləyə məğlub yollanıb.

İkinci hissənin əvvəlində Ramiz Çovdarov hesabda tarazlıq yaradıb. Hissənin ikinci yarısında Amir Şocaei qələbə qoluna imza atıb – 3:2. 

Günün digər matçında ikinci qələbəsini qazanan Slovakiya Moldovanı 7:4 hesabı ilə məğlub edib. Bu nəticələrdən sonra Azərbaycan və Slovakiya milliləri ilk iki yeri təmin edərək elit-raunda yüksəliblər.

Qeyd edək ki, oktyabrın 26-da baş tutacaq III turda Moldova – Monteneqro və  Azərbaycan – Slovakiya oyunları keçiriləcək.

II tur
24 oktyabr
Moldova - Slovakiya – 4:7
Azərbaycan – Monteneqro – 3:2

Bolinya, 5, Çovdarov, 22, Şocaei, 34 – Peroşeviç, 8, Obradoviç, 10

1

Slovakiya

2

2

0

0

12-4

6

2

Azərbaycan

2

2

0

0

6-3

6

3

Moldova

2

0

0

2

5-10

0

4

Monteneqro

2

0

0

2

2-8

0

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR