Bank Of Baku

Azərbaycan millisi İran və Rusiya ilə eyni turnirdə oynayacaq

Azərbaycan millisi İran və Rusiya ilə eyni turnirdə oynayacaq
# 29 avqust 2019 13:24 (UTC +04:00)

Futzal üzrə Azərbaycan milli komandası beynəlxalq turnirdə çıxış edəcək.

APA-nın məlumatına görə, yığmamız Rusiyanın Həştərxan şəhərində təşkil olunacaq “Caspian Cup 2019”da qüvvəsini sınayacaq.

Sentyabrın 22-dən 25-dək keçiriləcək turnirdə millimiz Rusiya, İran və Qazaxıstan yığmaları ilə qarşılaşacaq. Artıq turnirin təqvimi də müəyyənləşib.

22 sentyabr
13:00. Qazaxıstan – İran
15:30. Rusiya – Azərbaycan

23 sentyabr
16:00. İran – Azərbaycan
18:00. Qazaxıstan – Rusiya
 
25 sentyabr
15:00. Azərbaycan – Qazaxıstan
17:30. Rusiya - İran
 
Qeyd: Oyunların başlama saatı yerli vaxtla göstərilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR