21 yaşadək futbolçular arasında AVRO-2021-in seçmə mərhələsində növbəti oyunlar keçirilib.
APA-nın məlumatına görə, Azərbaycanın U-21 yığması İsveçrə ilə qarşılaşıb.
Milan Obradoviçin yetirmələri mübarizə apardıqları 2-ci qrupun lideri ilə bacarmayıblar. Qonaqların ilk yarıda vurduğu top matçın taleyini həll edib.
Uzun fasilədən sonra ev oyununu Sumqayıtda keçirən milli bununla da 4-cü məğlubiyyətini alıb. İsveçrə isə ardıcıl 3-cü qələbə ilə liderliyini möhkəmlədib.
Qeyd edək ki, qrupun bu gün baş tutacaq digər oyununda Slovakiya ilə Fransa üz-üzə gələcək.
21 yaşadək futbolçular arasında Avropa çempionatı
Seçmə mərhələ
2-ci qrup
15 oktyabr
Azərbaycan – İsveçrə - 0:1
Qol: Bayrami, 33
Baş hakim: Novak Simovic (Serbiya)
Sumqayıt. “Kapital Bank Arena” stadionu
|
1 |
İsveçrə |
3 |
3 |
0 |
0 |
8-1 |
9 |
|
2 |
Gürcüstan |
3 |
2 |
0 |
1 |
8-2 |
6 |
|
3 |
Fransa |
1 |
1 |
0 |
0 |
5-0 |
3 |
|
4 |
Slovakiya |
2 |
1 |
0 |
1 |
5-4 |
3 |
|
5 |
Azərbaycan |
5 |
1 |
0 |
4 |
2-11 |
3 |
|
6 |
Lixtenşteyn |
4 |
1 |
0 |
3 |
3-13 |
3 |