21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirəcək.
APA-nın məlumatına görə, milli komanda Ukrayna ilə qarşılaşacaq.
Görüş noyabrın 19-da baş tutacaq. Matç Bakıda keçiriləcək.
Qeyd edək ki, Milan Obrodoviçin çalışdırdığı yığma bunadək AVRO-2021-in seçmə mərhələsi çərçivəsində noyabrın 14-də Lixtenşteynlə üz-üzə gələcək.