Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov Almaniya çempionatında növbəti qoluna imza atıb.
APA-nın məlumatına görə, təcrübəli yarımmüdafiəçi çıxış etdiyi “Aue” klubunun heyətində fərqlənib.
O, 2-ci Bundesliqada II turun “Vehen”lə qarşılaşmasında qol sevinci yaşayıb. Start heyətində meydana çıxan D.Nazarov 35-ci dəqiqədə komandasının ikinci qolunu vurub, 5 dəqiqə sonra isə sarı vərəqə ilə cəzalanıb.
Təmsilçimizin 66-cı dəqiqədə əvəzləndiyi qarşılaşmada “Aue” 3:2 hesablı qələbə qazanıb.
İlk iki turda xal itkisi ilə üzləşməyən D.Nazarovun komandası çempionatın liderləri sırasında yer alıb.