Azərbaycan milli komandasının futbolçusu Rüfət Dadaşov Almaniya çempionatında növbəti matçını keçirib.
APA-nın məlumatına görə, “Proyssen”də çıxış edən hücumçu 3-cü liqada IV turun iştirakçısı olub.
O, “Kayzerslautern”lə ev matçında start heyətində yer alıb və 90 dəqiqə iştirak edib. 28-ci dəqiqədə sarı vərəqə ilə cəzalanan R.Dadaşov ikinci hissədə qol vurub. 51-ci dəqiqədə komandasının ilk qolunu vuraraq hesabda tarazlıq yaradan forvard 3:2 hesablı qələbədə pay sahibi olub.
Qeyd edək ki, 4 turdan sonra hesabında 7 xal olan “Proyssen” 6-cl pillədə qərarlaşıb.