Azərbaycan milli komandanın meneceri Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən təyinat alıb.
APA-nın məlumatına görə, AFFA-nın Futzal üzrə koordinatoru kimi də çalışan qurum rəsmisi 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə oyununa gedəcək.
O, Bosniya və Herseqovina – Almaniya oyununun UEFA nümayəndəsi olacaq. Matç oktyabrın 15-də keçiriləcək. Qarşılaşma Zenitsadakı “Bilino pole” stadionunda baş tutacaq.