Bank Of Baku

Azərbaycan millisinin rəqibi İtaliyada klubunu dəyişib

Azərbaycan millisinin rəqibi İtaliyada klubunu dəyişib
# 24 iyul 2019 10:24 (UTC +04:00)

AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Xorvatiya yığmasının futbolçusu Marko Roq İtaliyanın “Napoli” klubundan “Kalyari”yə keçib.

APA-nın məlumatına görə, yarımmüdafiəçi öncə yeni klubuna icarə əsasında çıxış edəcək.

Lakin müqaviləyə əsasən, “Kalyari” icarə müddəti başa çatdıqdan sonra oyunçunu transfer etməlidir. Bu isə 15 milyon avroya başa gələcək. M.Roq klubun tarixinə ən bahalı futbolçu kimi düşüb. Ona qədər ən bahalı oyunçu ötən il “Napoli”dən transfer edilən Leonardo Pavoletti idi.

Qeyd edək ki, M.Roq “Napoli”yə 2016-cı ildə Zaqreb “Dinamo”sundan keçib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR