Bank Of Baku

Azərbaycan millisinin rəqibi yoldaşlıq oyununda uduzub

Azərbaycan millisinin rəqibi yoldaşlıq oyununda uduzub
# 06 sentyabr 2019 01:10 (UTC +04:00)

AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Macarıstan yığması yoldaşlıq oyunu keçirib.

APA-nın məlumatına görə, E qrupunun lideri Monteneqro ilə qarşılaşıb.

Seçmə mərhələnin V turunda istirahət edən komandaların görüşündə hesabı macarlar açıb. Holender 2-ci dəqiqədə erkən qola sevinib.

Lakin monteneqrolular iki dəfə fərqlənərək əzmkar qələbə əldə ediblər. 32-ci dəqiqədə Kosoviç hesabda tarazlıq yaradıb. 75-ci dəqiqədə isə Muqoşa penaltidən dəqiq istifadə edib.

Qeyd edək ki, Macarıstan millisi sentyabrın 9-da keçiriləcək VI turda Slovakiya ilə üz-üzə gələcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR