Bank Of Baku

Azərbaycan Premyer Liqasında turun rəmzi komandası açıqlanıb

Azərbaycan Premyer Liqasında turun rəmzi komandası açıqlanıb
# 27 sentyabr 2019 17:20 (UTC +04:00)

Azərbaycan Premyer Liqasında V turun rəmzi komandası və ən yaxşı futbolçusu açıqlanıb.

APA-nın məlumatına görə, sentyabrın 21-23-də keçirilən oyunların “11-liy”i müəyyənləşib.

Heyət “İnStat”ın təhlilinə əsasən tərtib olunub. Ən yüksək indeksə malik olan Abdullah Zubir (“Qarabağ”) turun oyunçusu adına layiq görülüb.

Qeyd edək ki, futbolçunun adından sonrakı rəqəm onun “İnStat” indeksini göstərir.

Qapıçı: Mehdi Cənnətov - 262 (“Sumqayıt”)-2
Müdafiəçilər: Şəhriyar Rəhimov - 263 (“Səbail”)-2, Şəhriyar Əliyev - 262 (“Sumqayıt”), Franko Flores – 259 (“Keşlə”)-2, Abbas Hüseynov - 280 (“Qarabağ”)-4
Yarımmüdafiəçilər: Abdullah Zubir – 299 (“Qarabağ”)-2, Yevgeni Koçuk - 257 (“Səbail”), Merab Qiqauri - 280 (“Qəbələ”), Xayme Romero – 288 (“Qarabağ”)
Hücumçular: Xulio Sezar Rodrigez - 241 (“Zirə”)-2, Maqaye Qeye - 228 (“Qarabağ”)-2

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR