Futzal üzrə Azərbaycan milli komandası dünya çempionatının əsas seçmə mərhələsində qüvvəsini sınayacaq.
APA-nın məlumatına görə, oyunları Bakıda keçiriləcək Avropa zonasının 3-cü qrupunda millimizlə yanaşı Slovakiya, Monteneqro və Moldova mübarizə aparacaq.
Oktyabrın 23-dən 26-dək keçiriləcək qrup mərhələsində yığma üç qarşılaşma keçirəcək. Joze Alesionun yetirmələri bu gün Moldova, sabah Monteneqro, son turda isə Slovakiya ilə üz-üzə gələcək.
3-cü qrupun təqvimi
23 oktyabr
Slovakiya – Monteneqro
Bakı İdman Sarayı. Saat 17:00
Azərbaycan – Moldova
Bakı İdman Sarayı. Saat 20:00
24 oktyabr
Moldova – Slovakiya
Bakı İdman Sarayı. Saat 17:00
Azərbaycan – Monteneqro
Bakı İdman Sarayı. Saat 20:00
26 oktyabr
Monteneqro – Moldova
Bakı İdman Sarayı. Saat 17:00
Slovakiya – Azərbaycan
Bakı İdman Sarayı. Saat 20:00
Elit-raunda çıxmaq üçün ilk iki yerdən birini tutmalı olan komandamızın seçmə mərhələdə iştirak edəcək heyəti də dəqiqləşib. Braziliyalı baş məşqçi heyətə 14 oyunçu daxil edib.
|
1 |
Rövşən Hüseyinli |
Araz |
|
2 |
Elnur Zamanov |
Neftçi İK |
|
3 |
Hadi Ahmadi |
Araz |
|
4 |
Nihad İsmayılov |
Araz |
|
5 |
Xətai Bağırov |
Araz |
|
6 |
İsa Atayev |
Araz |
|
7 |
Rizvan Fərzəliyev |
Araz |
|
8 |
Ramiz Çovdarov |
Araz |
|
9 |
Oliveira Do Nascimento Williams |
Alarabi Sporting Club (Küveyt) |
|
10 |
Vahid Shafiei |
Araz |
|
11 |
Amir Shojaei |
Araz |
|
12 |
Teles Martins Thiago |
Norlisk Nikel (Rusiya) |
|
13 |
Eshagh Soorghali |
Azaraxş (İran) |
|
14 |
Borges Eduardo |
ACCS Futsal (Fransa) |