Bank Of Baku

Azərbaycan yığması FİFA reytinqində 2 pillə geriləyib

Azərbaycan yığması FİFA reytinqində 2 pillə geriləyib
# 24 oktyabr 2019 11:54 (UTC +04:00)

Milli komandaların FİFA reytinqi açıqlanıb.

APA-nın məlumatına görə, Azərbaycan millisi 111-ci pilləyə enib.

Xorvatiyalı Nikola Yurçeviçin rəhbərlik etdiyi komandanın hesabında 1189 xal var. Yığma ötən ayla müqayisədə 2 pillə geriləyib. Buna millinin iki xal itkisi səbəb olub.

Hesabat dövründə iki matç keçirən yığma yoxlama oyununda Bəhreynə 3:2 hesabı ilə qalib gəlsə də, AVRO-2020-nin seçmə mərhələsində Macarıstana 0:1 hesabı ilə uduzub.

Nəticədə milli ötən ay eyni xalla şərik olduğu Farer adaları və Tailandı önə buraxaraq, 111-ci sıraya enib.

Qeyd edək ki, cədvəldə Belçika yığması yenə birincidir – 1755 xal.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR