Bank Of Baku

Azərbaycan yığması iki pillə geriləyib

Azərbaycan yığması iki pillə geriləyib
# 30 sentyabr 2019 12:01 (UTC +04:00)

Futzal üzrə milli komandaların reytinq siyahısı açıqlanıb.

APA-nın məlumatına görə, Azərbaycan milli komandasının mövqeyində dəyişiklik olub.

Rusiyanın Həştərxan şəhərində keçirilən “Caspian Cup” turnirində sonuncu yeri tutan yığmamız dünya reytinqində geriləyib. Hesabında 1399 xal olan milli 11-ci yerdən 13-cü pilləyə yuvarlanıb.

İki addımlıq geriləməyə səbəb olan turnirdə Joze Alesionun yetirmələri Rusiyaya 1:2, Qazaxıstana 2:5 hesabı ilə uduzub, İranla heç-heçə edib.

Qeyd edək ki, 1847 xala malik Braziliya millisi cədvəlin 1-ci pillədə qərarlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR