Futbol üzrə Azərbaycan milli komandası ciddi itki ilə üzləşib.
APA-nın məlumatına görə, yığmanın üç futbolçusu AVRO-2020-nin seçmə mərhələsinin növbəti oyununu buraxacaq.
Bunlar milliləşən legionerlər Anton Krivotsyukla Dmitri Nazarov, həmçinin kapitan Maksim Medvedevdir.
Onlar E qrupunun bu gün keçirilən VI turunun Xorvatiya ilə ev görüşündə sarı vərəqə aldıqları üçün bu durumla üzləşiblər. “Üçlük” seçmə mərhələdə 3-cü dəfə xəbərdarlıqla cəzalanıb.
Bunadək A.Krivotsyuk Slovakiya ilə ev, Uelslə səfər, M.Medvedev Xorvatiya ilə səfər, Macarıstanla ev, D.Nazarov Macarıstanla ev, Uelslə səfər görüşlərində cəzalanmışdı.
Bu üç oyunçu oktyabrın 13-də Macarıstana qarşı keçiriləcək matçı buraxacaq.
***
Saat. 21:34
Futbol üzrə Azərbaycan milli komandası itki ilə üzləşib.
APA-nın məlumatına görə, yığmanın milliləşən legioneri Anton Krivotsyuk AVRO-2020-nin seçmə mərhələsinin növbəti oyununu buraxacaq.
O, E qrupunun bu gün keçirilən VI turunun Xorvatiya ilə ev görüşündə sarı vərəqə aldığı üçün bu durumla üzləşib. Müdafiəçi seçmə mərhələdə 3-cü dəfə xəbərdarlıqla cəzalanıb.
Slovakiya ilə ev, Uelslə səfər matçlarında da sarı vərəqə görən A.Krivotsyuk oktyabrın 13-də Macarıstana qarşı keçiriləcək matçı buraxacaq.