Bank Of Baku

Azərbaycan yığmasının futbolçusu Almaniyada 13 dəqiqəyə dubl edib

Azərbaycan yığmasının futbolçusu Almaniyada 13 dəqiqəyə dubl edib
# 29 sentyabr 2019 20:13 (UTC +04:00)

Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarov Almaniya çempionatında dubl edib.

APA-nın məlumatına görə, milliləşən yarımmüdafiəçi 2-ci Bundesliqada fərqlənib.

O, şərəfini qoruduğu “Aue”nin Drezden “Dinamo”su ilə VIII turun ev matçında 13 dəqiqəyə 2 qol vurub. 17-ci dəqiqədə penaltini qola çevirən D.Nazarov 29-cu dəqiqədə fərqi artıraraq 4:1 hesablı qələbədə pay sahibi olub.

54-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanan yarımmüdafiəçi final fitindən 11 dəqiqə öncə əvəzlənib.

Qeyd edək ki, “Aue” 8 oyundan sonra 14 xalla 4-cü pillədə qərarlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR