Bank Of Baku

Azərbaycan yığmasının rəqibləri noyabrın 7-də müəyyənləşəcək

Azərbaycan yığmasının rəqibləri noyabrın 7-də müəyyənləşəcək
# 28 oktyabr 2019 09:51 (UTC +04:00)

Futzal üzrə dünya çempionatının Avropa zonası üzrə əsas seçmə mərhələsi başa çatıb.

APA-nın məlumatına görə, 8 qrupda keçirilən oyunlardan sonra elit-raundun bütün iştirakçıları müəyyənləşib.

Oyunları Bakıda keçirilən 3-cü qrupun qalibi olan Azərbaycan yığmasından başqa daha 15 komanda turu adlayıb. Bunlar Belarus, Çexiya, Xorvatiya, Finlandiya, Fransa, İtaliya, Qazaxıstan, Portuqaliya, Rumıniya, Rusiya, Serbiya, Slovakiya, Sloveniya, İspaniya və Ukrayna yığmalarıdır.

Elit-raundun püşkatması noyabrın 7-də baş tutacaq. Tədbir Bakı vaxtı ilə saat 17:15-də başlayacaq.

Komandalar püşkatmada 4 qrupa bölünəcək. Qrup qalibləri 2020-ci ildə Litvada təşkil olunacaq yarışa vəsiqə qazanacaq. İkinci yer sahibləri isə pley-offda son iki vəsiqə üçün mübarizə aparacaq.

Qeyd edək ki, Azərbaycan yığması Moldovanı 3:1, Monteneqronu 3:2, Slovakiyanı 2:0 hesabı ilə məğlub edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR