Azərbaycanlı futbol hakimi Rauf Cabarov beynəlxalq təyinat alıb.
APA-nın məlumatına görə, FİFA referisi UEFA Gənclər Liqasının “Lokomotiv” (Moskva, Rusiya) – “Yuventus” (İtaliya) oyununun baş hakimi olacaq.
Qarşılaşma noyabrın 6-da keçiriləcək. Moskvada baş tutacaq oyunda R.Cabarova Namiq Hüseynov və Pərvin Talıbov kömək edəcək.