UEFA azərbaycanlı hakim-inspektor Asim Xudiyevə növbəti dəfə etimad göstərib.
APA-nın məlumatına görə, həmyerlimiz 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin oyununa təyinat alıb.
O, Ukrayna – Malta oyununun hakim-inspektoru olacaq. Matç sentyabrın 10-da Zaporojye şəhərində keçiriləcək.