Bank Of Baku

Azərbaycanlı hakimlər Avropa Liqasının oyununa təyinat alıblar

Azərbaycanlı hakimlər Avropa Liqasının oyununa təyinat alıblar
# 09 iyul 2019 20:49 (UTC +04:00)

Azərbaycanlı FİFA hakimləri növbəti təyinat alıblar.

APA-nın məlumatına görə, ədalət təmsilçilərimiz Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində iş başında olacaqlar.

İyulun 18-də keçiriləcək “Spartak Trnava” (Slovakiya) – “Radnik Bijeljina” (Bosniya və Herseqovina) qarşılaşmasını Rəhim Həsənov idarə edəcək. Onun köməkçiləri Namiq Hüseynov və Mübariz Haşımov olacaq. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR