“Keşlə” heyətini gücləndirməkdə davam edir.
Klubdan APA-ya verilən məlumata görə, Bakı təmsilçisi bu dəfə monteneqrolu müdafiəçi Miyuşko Bojoviçi transfer edib.
31 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
M. Bojoviç “Keşlə”yə gələnədək Monteneqronun “Rudar”, Belçikanın “Şarlerua” və “Vaasland-Beveren”, Kiprin “Enosis”, Macarıstanın “Dyirmot və “Ujpest” komandalarında çıxış edib.