Bank Of Baku

Bakı klubunun futbolçusu “Osmanlıspor”la oyunu dəyərləndirib

Bakı klubunun futbolçusu “Osmanlıspor”la oyunu dəyərləndirib
# 31 iyul 2019 22:28 (UTC +04:00)

“Toplanış normal axarda keçir. Məşqlərdə həm fiziki, həm də taktiki tapşırıqlar üzərində çalışırıq”.

APA-nın məlumatına görə, bunu Bakının “Keşlə” klubunun futbolçusu Slavik Alxasov deyib.

Təcrübəli futbolçu kapitanı olduğu komandanın Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində Türkiyənin “Osmanlıspor” klubuna qarşı keçirdiyi yoxlama oyunu barədə fikirlərini açıqlayıb: “Komanda yoldaşlarımla birlikdə məşqlərdə məşqçilər korpusunun tapşırıqlarını böyük həvəslə yerinə yetiririk. Bu gün toplanış çərçivəsində keçirdiyimiz yoxlama matçında da baş məşqçinin qarşımızda qoyduğu tapşırıqları yerinə yetirməyə çalışdıq. “Osmanlıspor” kifayət qədər güclü komandadır, oyunda da bunu hamımız müşahidə etdik. Düşünürəm ki, oyun bərabər səviyyədə keçdi, hətta bəzi epizodlarda hesabı açmaq imkanlarımız da oldu. Ümumilikdə, ağır yükləmələr fonunda güclü komandaya qarşı yaxşı oynadıq və qarşıdakı oyunların da ümumi hazırlıq səviyyəmizə müsbət təsir göstərəcəyinə inanırıq”

Qeyd edək ki, “Keşlə”nin toplanış çərçivəsindəki ilk yoxlama oyunu 0:0 hesabı ilə başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR