Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunları başa çatıb.
APA-nın məlumatına görə, daha 5 qarşılaşma keçirilib.
Meydan sahibləri günü qələbəsiz başa vurublar. Matçlardan üçü Liqa yolunda baş tutub. Hər üç görüşdə qonaqlar qələbə qazanıblar.
Türkiyə təmsilçisi “Başakşəhər” “Olimpiakos”la bacarmayıb – 0:1. “Krasnodar” “Portu”ya eyni, “Bazel” LASK-a 1:2 hesabı ilə uduzub.
Çempionlar yolunda ÇFR “Seltik”lə heç-heçə edib. “Maribor” isə “Rusenborq” önündə aciz qalıb.
Qeyd edək ki, cavab oyunları avqustun 13-də keçiriləcək.
Çempionlar Liqası
III təsnifat mərhələsi
İlk oyunlar
7 avqust
Çempionlar yolu
22:00. ÇFR (Kluj, Rumıniya) - "Seltik" (Şotlandiya) – 1:1
22:15. “Maribor” (Sloveniya) – “Rusenborq” (Norveç) – 1:3
Liqa yolu
21:00. “Krasnodar” (Rusiya) - “Portu” (Portuqaliya) – 0:1
21:45. “Başakşəhər” (Türkiyə) - “Olimpiakos” (Yunanıstan) – 0:1
22:00. “Bazel” (İsveçrə) - LASK (Avstriya) – 1:2