Bank Of Baku

“Beşiktaş”, “Trabzonspor” və “Başakşəhər”in Avropa Liqasında rəqibləri bəlli olub

“Beşiktaş”, “Trabzonspor” və “Başakşəhər”in Avropa Liqasında rəqibləri bəlli olub
# 30 avqust 2019 15:58 (UTC +04:00)

Avropa Liqasında mübarizə aparan Türkiyə klublarının qrup mərhələsində rəqibləri müəyyənləşib.

APA-nın məlumatına görə, bu gün Monakoda keçirilən püşkatma mərasimində qonşu ölkənin üç klubu iştirak edib.

Çempionlar Liqasındakı uğursuzluqdan sonra mübarizəni Avropa Liqasında davam etdirən “Başakşəhər” (Türkiyə) J qrupunda yer alıb. Super Liqanın gümüş mükafatçısı “Roma” (İtaliya), “Borussiya” M (Almaniya) və “Volfsberq” (Avstriya) ilə görüşəcək.

K qrupunda yer alan digər İstanbul komandası “Beşiktaş” “Braqa” (Portuqaliya), “Vulverhempton” (İngiltərə) və “Slovan”a (Slovakiya) rəqib olub.

“Trabzonspor” (Türkiyə) isə C qrupunda “Bazel” (İsveçrə), “Krasnodar” (Rusiya) və “Xetafe” (İspaniya) ilə qarşılaşacaq.

Qeyd edək ki, qrup mərhələsinə sentyabrın 19-da start veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR