“Beşiktaş” Türkiyə kubokunun finalına yüksəlib

“Beşiktaş” Türkiyə kubokunun finalına yüksəlib
# 08 may 2024 04:30 (UTC +04:00)

Türkiyə kubokunda ilk finalçı bəlli olub.

APA xəbər verir ki, “Beşiktaş” “Ankaragücü”nü mübarizədən kənarlaşdırıb.

Komandalar arasında ilk oyun 0:0 hesabı ilə başa çatıb. Cavab qarşılaşmasının taleyini isə 1 qol həll edib. Muci “qara qartallar”ı finala yüksəldən topun müəllifi olub.

Qeyd edək ki, digər cütdə “Karagümrük” – “Trabzonspor” (2:3) cavab matçı keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR