Türkiyənin “Beşiktaş” klubu heyətini iki futbolçu ilə gücləndirib.
APA-nın məlumatına görə, Ukrayna millisinin futbolçusu Yevgeni Konoplyanka və portuqaliyalı Pedro Reboşu İstanbul təmsilçisinin uğurları üçün çalışacaq.
Y.Konoplyanka Almaniyanın “Şalke” klubundan transfer olunacaq. “Ağ-qaralar” 29 yaşlı yarımmüdafiəçinin keçidi ilə bağlı razılıq əldə edib. Üç illik müqavilə imzalayacaq ukraynalı ildə 2 milyon avro qazanacaq.
Portuqaliyalı müdafiəçi isə icarə əsasında “Beşiktaş”da çıxış edəcək. O, Fransanın “Genqam” klubundan icarəyə götürülüb.