Bank Of Baku

“Beşiktaş”ın sabiq futbolçusu “Almeriya”nı çalışdıracaq

“Beşiktaş”ın sabiq futbolçusu “Almeriya”nı çalışdıracaq
# 05 noyabr 2019 13:44 (UTC +04:00)

İspaniya millisinin sabiq futbolçusu Qutinin yeni iş yeri bəlli olub.

APA-nın məlumatına görə, futbolçu kimi “Real” və “Beşiktaş”ın formasını geyinmiş 43 yaşlı mütəxəssis “Almeriya” klubunun baş məşqçisi təyin olunub.

İspaniya Sequndasında mübarizə aparan komandanın çalışdırıcısının qarşısına klubu La Liqaya çıxarmaq vəzifəsi qoyulub. Hazırda 2-ci sırada qərarlaşan “Almeriya” “Kadis”dən 10 xal geri qalır.

Qeyd edək ki, Quti “Real”ın yeniyetmələrdən ibarət komandasını çalışdırıb və Türkiyə “Beşiktaş”ında köməkçi məşqçi olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR