"Beşiktaş"ın yeni baş məşqçisinin imza mərasimi keçirilib

Covanni van Bronkhorst

© APA | Covanni van Bronkhorst

# 14 iyun 2024 12:49 (UTC +04:00)

Türkiyə Super Liqa təmsilçilərindən "Beşiktaş" yeni baş məşqçisi Covanni van Bronkhorst üçün imza mərasimi keçirib.

Apasport.az xəbər verir ki, hollandiyalı baş məşqçi və "Beşiktaş" klubunun prezidenti Həsən Arat imzalanma mərasimində açıqlama verib.

"Covanni özünü sübut etmiş bir addır. O, hamımızın tanıdığı və hörmət etdiyi bir futbol adamıdır. Onun klubumuza ən uyğun adlardan biri olduğuna tam inanırıq”, - deyə Həsən Arat bildirib.

Qeyd edək ki, İstanbul təmsilçisi Covanni van Bronkhorstla 2+1 illik müqavilə imzalayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR