Bank Of Baku

“Bornmut”un futbolçusu Azərbaycanla oyunu da buraxacaq

“Bornmut”un futbolçusu Azərbaycanla oyunu da buraxacaq
# 04 noyabr 2019 11:13 (UTC +04:00)

Uels millisinin futbolçusu David Bruks AVRO-2020-nin seçmə mərhələsinin Azərbaycanla noyabrın 16-da keçiriləcək oyununu buraxacaq.

APA-nın məlumatına görə, bunun hücumameylli yarımmüdafiəçinin şərəfini qoruduğu İngiltərə “Bornmut”unun baş məşqçisi Eddi Houe deyib.

Mütəxəssis bildirib ki, bir neçə aydır zədədən əziyyət çəkən futbolçu artıq əsas komandayla məşqlərə başlasa da, Uels yığmasının oyunlarında iştirak üçün tam hazır deyil. E.Houe bu səbəbdən D.Bruksun noyabrın 16-da Azərbaycan, üç gün sonra Macarıstanla qarşılaşmaları buraxmalı olduğunu açıqlayıb.

Qeyd edək ki, D.Bruks millidə 12 oyunda 1 qol vurub.
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR