Bank Of Baku

“Böyük beşlik”in klubları transferlərə 5 milyard funt sterlinq xərcləyib

“Böyük beşlik”in klubları transferlərə 5 milyard funt sterlinq xərcləyib
# 03 sentyabr 2019 17:48 (UTC +04:00)

Avropanın ən güclü 5 futbol liqasının transfer xərclərinin məbləği bəlli olub.

APA-nın məlumatına görə, 2019-cu ildə transferlər zamanı beş çempionatı təmsil edən klublar 5 milyard funt sterlinq dəyərində oyunçu alıb.

İngiltərə Premyer Liqası təmsilçiləri 1,41 milyardından keçib. İspaniya La Liqasında bu rəqəm 1,24-ə bərabər olub. İtaliya A seriyasının klubları futbolçu keçidlərinə 1,06 milyard xərcləyib. Almaniya Bundesliqası (670 milyon) və Fransa Liqa1-i (605 milyon) digər üç çempionatdan geri qalır.

Bu, “Böyük beşlik” çempionatları üçün mütləq rekorddur. Klublar 2018-ci ildə indidikindən 800 milyon az xərcləmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR