Bank Of Baku

“Çelsi”də son 41 ilin antirekordu qeydə alınıb

“Çelsi”də son 41 ilin antirekordu qeydə alınıb
# 12 avqust 2019 11:35 (UTC +04:00)

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi Frenk Lempard antirekorda imza atıb.

APA-nın məlumatına görə, gənc mütəxəssis son 41 ildə London klubunda ən uğursuz debüt edən məşqçi olub.

Onun Premyer Liqadakı debütü “Mançester Yunayted”ə 0:4 hesablı məğlubiyyətlə başa çatıb. “Çelsi”nin məşqçiləri arasında belə uğursuz starta imza atan sonuncu çalışdırıcı Denni Blançflauer olub. O, 1978-ci ilin dekabrında baş məşqçi təyin olunduqdan sonra “Midlsbro”ya 2:7 hesablı məğlubiyyətə üzülüb. Ümumiyyətlə, 15 oyunda 3 qələbə görən məşqçi bununla da karyerasını başa vurub.

Qeyd edək ki, bu, həm də əvvəllər “Derbi Kaunti”ni çalışdıran F.Lempardın karyerasında ən ağır məğlubiyyətdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR