Bank Of Baku

Çempionlar Liqasında II təsnifat mərhələsi başa çatıb

Çempionlar Liqasında II təsnifat mərhələsi başa çatıb
# 31 iyul 2019 23:42 (UTC +04:00)

Çempionlar Liqasında II təsnifat mərhələsinə yekun vurulub.

APA-nın məlumatına görə, bu gün cavab oyunları çərçivəsində 5 matç keçirilib.

İrlandiya təmsilçisi “Dandolk”u mübarizədən kənarlaşdıran Azərbaycan çempionu “Qarabağ”la yanaşı daha 4 komanda mərhələ adlayıb. “Srvena Zvezda” HİK səddini çətinliklə adlayıb.

BATE favoriti olduğu cütdə mübarizəni dayandırıb. Belaruslular “Rusenborq”a uduzublar. “Maribor” AİK-i əlavə vaxtda vurulan qol sayəsində qazanılan səfər topu üstünlüyü ilə keçə bilib. İsveçlilərin heyətində sabiq “Qarabağ”lı Tarik Elyunussi də fərqlənib. “Kopenhagen” isə TNS-i ikinci dəfə məğlubiyyətə uğradıb.

Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunları
Çempionlar yolu
31 iyul

20:00. HİK (Finlandiya) – "Srvena Zvezda" (Serbiya) – 2:1
İlk oyun - 0:2
21:00. "Rusenborq" (Norveç) – BATE (Belarus) – 2:0
İlk oyun - 1:2
21:00. AIK (İsveç) – "Maribor" (Sloveniya) – 3:2, əlavə vaxtda
İlk oyun - 12
21:00. "Qarabağ" (Azərbaycan) – "Dandolk" (İrlandiya) – 3:0
İlk oyun - 1:1
21:45. “Kopenhagen” (Danimarka) – TNS (Uels) – 1:0
İlk oyun - 2:0

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR