Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulub.
APA-nın məlumatına görə, cavab oyunları çərçivəsində son üç oyun keçirilib.
Çempionlar yolunda iki, Liqa yolunda bir matç baş tutub. Bu görüşlərdən sonra qrup mərhələsinə son vəsiqələrin sahibləri bəlli olub.
Hollandiya “Ayaks”ı Azərbaycan çempionu “Qarabağ”ı mübarizədən kənarlaşdıran Kipr APOEL-ini Avropa Liqasına göndərib. Amsterdam təmsilçisi kimi Çexiya “Slaviya”sı və Belçika “Brügge”si də qrup mərhələsinə yüksəlib.
Qeyd edək ki, bir gün öncə “Olimpiakos” (Yunanıstan), “Srvena Zvezda” (Serbiya) və “Dinamo” (Xorvatiya) klubları da qrup mərhələsinə vəsiqə qazanıb.
Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları
28 avqust
Liqa yolu
23:00. “Brügge” (Belçika) – LASK (Avstriya) – 2:1
Vanaken, 70, Dennis, 89 – Klaus, 74 (pen.)
İlk oyun - 1:0
Çempionlar yolu
23:00. “Slaviya” (Çexiya) – ÇFR (Kluj, Rumıniya) – 1:0
Boril, 66
İlk oyun - 1:0
23:00. “Ayaks” (Hollandiya) – APOEL (Kipr) – 2:0
Alvares, 43, Tadiç, 80
İlk oyun - 0:0