Bank Of Baku

Çempionlar Liqasının növbəti 3 finalını qəbul edəcək şəhərlər dəqiqləşib

Çempionlar Liqasının növbəti 3 finalını qəbul edəcək şəhərlər dəqiqləşib
# 24 sentyabr 2019 22:04 (UTC +04:00)

Çempionlar Liqasının növbəti üç mövsümünün final oyunlarını qəbul edəcək stadionlar müəyyənləşib.

APA-nın məlumatına görə, bu barədə qərar UEFA-nın İcraiyyə Komitəsinin Sloveniyanın paytaxtı Lyublyanada keçirilən iclasında verilib.

2021-ci ildə qitənin ən nüfuzlu klub turnirinin həlledici oyunu Rusiyanın Sankt-Peterburq şəhərindəki “Zenit” stadionunda baş tutacaq. Növbəti mövsümdə isə qalib Almaniyanın Münhen şəhərindəki “Alyans Arena”da bəlli olacaq.

İcraiyyə Komitəsi 2023-cü ildəki finalı İngiltərə paytaxtı Londona verib. Həlledici qarşılaşma “Uembli”də oynanılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR