Bu gün Çempionlar Liqasının qrup mərhələsinin püşkü atılacaq.
APA-nın məlumatına görə, tədbir Monakoda baş tutacaq.
Bakı vaxtı ilə saat 20:00-da başlayacaq tədbirdə qitənin 32 ən güclü komandası 8 qrupa bölünəcək. Bu klublardan 26-sı yarışa qrupdan başlayacaqsa, 6-sı təsnifat mərhələlərini adlayanlardır.
Püşkdən öncə iştirakçılar 4 səbətə bölünüblər. Birinci səbətdə Çempionlar Liqası, Avropa Liqası və ən reytinqli 6 ölkənin çempionu yer alıb. Digər 24 klub reytinqinə görə sıralanıb. Türkiyə təmsilçisi “Qalatasaray” sonuncu “səkkizliy”ə daxil edilib.
Artıq qrup mərhələsinin turlarının təqvimi də bəllidir. I dövrənin matçları sentyabrın 17-18-də, oktyabrın 1-2-də və 22-23-də, II dövrənin qarşılaşmaları noyabrın 5-6-da, 26-27-də və dekabrın 10-11-də baş tutacaq. İlk iki yerin sahibi 1/8 finala, 3-cü yerlər Avropa Liqasına vəsiqə qazanacaq.
Qeyd edək ki, Çempionlar Liqasının püşkü həm də Gənclər Liqasının Çempionlar Liqası yoluna şamil olunacaq.
I səbət
“Liverpul” (İngiltərə)
“Çelsi” (İngiltərə)
“Barselona” (İspaniya)
“Mançester Siti” (İngiltərə)
“Yuventus” (İtaliya)
“Bavariya” (Almaniya)
PSJ (Fransa)
“Zenit” (Rusiya)
II səbət
“Real” (İspaniya)
“Atletiko” (İspaniya)
“Borussiya” (D, Almaniya)
“Napoli” (İtaliya)
“Şaxtyor” (Ukrayna)
“Tottenhem” (İngiltərə)
“Ayaks” (Hollandiya)
“Benfika” (Portuqaliya)
III səbət
“Lion” (Fransa)
“Bayer” (Almaniya)
“Zalsburq” (Avstriya)
“Olimpiakos” (Yunanıstan)
“Brügge” (Belçika)
“Valensiya” (İspaniya)
“İnter” (İtaliya)
“Dinamo” (Xorvatiya)
IV səbət
“Lokomotiv” (Rusiya)
“Genk” (Belçika)
“Qalatasaray” (Türkiyə)
“Leypsiq” (Almaniya)
“Slaviya” (Çexiya)
“Srvena Zvezda” (Serbiya)
“Atalanta” (İtaliya)
“Lill” (Fransa)