İtaliyanın “Cenoa” klubunun yeni baş məşqçisi müəyyənləşib.
APA-nın məlumatına görə, A seriyası təmsilçisini Tyaqo Motta çalışdıracaq.
Futbolçu karyerası ərzində bu klubda çıxış etmiş 37 yaşlı çalışdırıcı ilk dəfə əsas komandaya rəhbərlik edəcək. O, indiyədək yalnız PSJ-nin gənclərdən ibarət komandalarından birinin baş məşqçisi olub.
T.Motta baş məşqçi postunda istefaya göndərilən Aurelio Andreatsolini əvəzləyib. Sonuncu A seriyasındakı uğursuz nəticələrə görə postundan kənarlaşdırılıb.
Qeyd edək ki, 8 oyunda 5 xal toplayan Genuya klubu 19-cu yerdə qərarlaşıb.