DÇ-2022-nin seçmə mərhələsində eyni qrupda yer alan Cənubi Koreya və KXDR yığmalarının oyunları bu ölkələrdə keçirilə bilər.
APA-nın məlumatına görə, əvvəlki illərdə neytral meydanda qarşılaşan komandaların ilk görüşünün Pxenyanda keçirilməsi planlaşdırılır.
Danışıqlar müsbət nəticələnsə, Asiya zonası üzrə ikinci seçmə mərhələsinin oktyabrın 15-dəki görüşə KXDR ev sahibliyi edəcək. İki ölkənin futbol federasiyasının Asiya Futbol Konfederasiyası vasitəsilə apardığı müzakirələrin əsas mövzusunu oyunçular və yayım məsələləri təşkil edir.
Qeyd edək ki, DÇ-2010-un seçmə mərhələsinin KXDR və Cənubi Koreya arasında hər iki oyunu Çinin Şanxay şəhərində baş tutub.