Bank Of Baku

“Dandolk”un futbolçusu: “Qarabağ”ın hər futbolçusu “Barselona” üslubunda oynamağı bacarır”

“Dandolk”un futbolçusu: “Qarabağ”ın hər futbolçusu “Barselona” üslubunda oynamağı bacarır”
# 30 iyul 2019 12:22 (UTC +04:00)

“Qarabağ”a uduzsaq da, avrokuboklarla vidalaşmayıb, Avropa Liqasında oynayacağıq. Lakin biz Çempionlar Liqasında mümkün qədər çox qalmaq istəyirik”.

APA-nın məlumatına görə, bunu İrlandiyanın “Dandolk” klubunun futbolçusu Şon Xoar deyib

Müdafiəçi Çempionlar Liqasının II təsnifat mərhələsinin “Qarabağ”la sabah keçiriləcək cavab oyunu öncəsi fikirlərini açıqlayıb. O bildirib ki, güclü rəqiblə görüşə iddialı yanaşırlar: “Həmişə xəyal qurmağı bacarmalısan. Məşqçilər də bizlərə bunu aşılayır. Çünki nələrisə arzulamasan, heç nəyə nail olmazsan. Rəqiblərimizin çoxu elə düşünür ki, biz sadəcə avrokubokda iştiraka belə sevinən kiçik irland komandasıyıq. Lakin bu belə deyil. Bunu da sübut etmək istəyirik”.

Ş.Xoar Azərbaycan çempionunun oyun üslubunu yüksək qiymətləndirsə də, buna qarşı hansı vasitədən yararlanmaq istədiklərini də açıqlayıb: “Qarabağ”ın hər futbolçusu “Barselona” üslubunda oynamağı bacarır. Buna görə də qapımızın toxunulmazlığını saxlamalıyıq. Biz meydanın mərkəzində rəqib hücumlarının qarşısını almalıyıq. Bunu güc hesabına reallaşdırmalıyıq. “Qarabağ” kimi komandalar topsuz qalanda nə etməli olduğunu bilmirlər. Çünki topla oynamağa öyrəşiblər. Biz Avropada irəliləmək istəyirik. Bir neçə yay ayı ərzində deyil, daha çox müddətdə İrlandiyadan kənarda əsl həyəcan yaşamaq istəyirik”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR