Bank Of Baku

“Dandolk”un futbolçusu: “Son yarım saatda “Qarabağ” nə edəcəyini bilmirdi”

“Dandolk”un futbolçusu: “Son yarım saatda “Qarabağ” nə edəcəyini bilmirdi”
# 31 iyul 2019 10:39 (UTC +04:00)

“Qarabağ”la ilk görüşdə yalnız ikinci hissədə özünəinam qazandıq”. 

APA-nın məlumatına görə, bunu İrlandiyanın “Dandolk” klubunun futbolçusu Ceymi Makqrat deyib.

22 yaşlı yarımmüdafiəçi Çempionlar Liqasının II təsnifat mərhələsinin “Qarabağ”la bugünkü cavab oyunu öncəsi iddialı olduqlarını bildirib: “Son yarım saatda topa nəzarəti ələ alanda, həqiqətən də rəqib nə edəcəyini, bizi necə dayandıracağını bilmirdi. Bu da bizdə inam yaradırdı. Bakıdakı qarşılaşmada da rəqibin işini çətinləşdirməliyik. Bunu bacarsaq, yaxşı şansımız olacaq. Ümid edirəm ki, bizə faydalı olacaq nəticəni qazana biləcəyik”.

Qeyd edək ki, komandalar arasında İrlandiyada keçirilən ilk matçda qalib müəyyənləşməyib – 1:1.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR