Bank Of Baku

“Dandolk”un qapıçısı: “Bakıda ən yaxşı oyunumu göstərməliyəm”

“Dandolk”un qapıçısı: “Bakıda ən yaxşı oyunumu göstərməliyəm”
# 30 iyul 2019 10:13 (UTC +04:00)

“Bu nəticə pis deyil. Biz 1:1 hesablı heç-heçə etmişik”. 

APA-nın məlumatına görə, bunu İrlandiyanın “Dandolk” klubunun futbolçu Qari Rocers deyib.

38 yaşlı qapıçı Çempionlar Liqasının II təsnifat mərhələsinin “Qarabağ”la sabah keçiriləcək cavab oyunu ərəfəsində müsahibə verib. Təcrübəli qolkiper Dandolkdakı 1:1 hesablı heç-heçədən sonra mərhələ keçmək iddialarını gizlətməyib: “İndi biz səfərdə qol vurmalıyıq. Bu, sırf müdafiə olunmaqdan yaxşıdır. Avrokuboklarda səfər oyunlarına yollanmaq çox maraqlıdır. Lakin “Qarabağ”la daha fərqli olacaq. Bakıda özümün ən yaxşı oyunumu göstərməliyəm. Mərhələ adlamaq üçün hər imkandan yararlanmalıyıq. Belə rəqiblə üz-üzə gəlmək zövq verir. Biz Avropada oynamaqdan həzz alırıq. Bu, çox yaxşı təcrübədir”.

Q.Rocers Bakıda keçiriləcək oyunda adaptasiya ilə bağlı çətinlikdən çəkinmədiklərini də bildirib: “Əvvəllər də müxtəlif saat qurşaqlarında oynamışıq və buna öyrəşmişik. Matç yerli vaxtla saat 21:00-da başlayacağından o qədər də isti olmayacaq. Adaptasiya mənim üçün rahat olacaq. Onsuz da evdə də balaca uşaqların əlindən yata bilmirəm. Səfərdə daha rahat istirahət edirəm”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR