Bank Of Baku

Dominik Livakoviç: “Slovakiya və Azərbaycanla görüşlərdə 6 xal qazanmalıyıq”

Dominik Livakoviç: “Slovakiya və Azərbaycanla görüşlərdə 6 xal qazanmalıyıq”
# 04 sentyabr 2019 10:56 (UTC +04:00)

“Slovakiya və Azərbaycanla oyunlar öncəsi möhtəşəm hazırlıq keçmişik. Komandamızda yaxşı ab-hava var”.

APA-nın məlumatına görə, bunu Xorvatiya millisinin futbolçusu Dominik Livakoviç deyib.

Qapıçı AVRO-2020-nin seçmə mərhələsinin sentyabrdakı oyunları barədə fikirlərini açıqlayıb. D.Livakoviç sentyabrın 6-da Slovakiya, 9-da Azərbaycana qarşı keçiriləcək matçlarda xal itkisi barədə düşünmədiklərini qeyd edib: “Bu iki matç bizim üçün çox vacibdir. Seçmə mərhələnin hər oyununda olduğu kimi bu dəfə də qələbə üçün meydana çıxacağıq. Slovakiya və Azərbaycanla görüşlərdə 6 xal qazanmalıyıq. Çünki AVRO-2020-nin final mərhələsinə vəsiqə qazanmaq istəyirik. Bunun üçün də turnir cədvəlində irəliləməliyik”.

Qeyd edək ki, 2017-ci ildən milliyə çağırılan D.Livakoviç əsas yığmada 6 oyun keçirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR