Bank Of Baku

“Düdelanj” - “Qarabağ” oyununun hakimləri açıqlanıb

“Düdelanj” - “Qarabağ” oyununun hakimləri açıqlanıb
# 30 sentyabr 2019 12:58 (UTC +04:00)

Avropa Liqasının qrup mərhələsinin II turunda keçiriləcək “Düdelanj” - “Qarabağ” oyununun hakimləri açıqlanıb.

APA-nın məlumatına görə, oktyabrın 3-də baş tutacaq matçı şotlandiyalı ədalət təmsilçiləri idarə edəcəklər.

Baş hakim Con Biton olacaq. Ona Daniel Makfarlan və Duqlas Potter kömək edəcəklər. Dördüncü referi funksiyasını Donald Robertson yerinə yetirəcək. Qarşılaşmanın hakim-inspektoru Con Eilif Skyervold (Norveç), UEFA nümayəndəsi Mixael Zoratti (Avstriya) olacaq.

Qeyd edək ki, qarşılaşma Lüksemburqun Jozi Bartel stadionunda baş tutacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR