Azərbaycan millisinin və “Neftçi”nin futbolçusu Emin Mahmudov Rusiya mətbuatına müsahibə verib.
APA-nın məlumatına görə, yarımmüdafiəçi kapitanı olduğu paytaxt klubunun Avropa Liqasındakı ilk oyunu və Rusiya təmsilçisi “Arsenal”la duelindən danışıb.
- “Neftçi” Tula klubuna düşməzdən “Speranta”ya “divan tutdu”. Siz bu qədər güclü idiniz?
- Ümumi hesabın 9:0 olması qanunauyğundur. İlk oyunda əsasən standartlardan qol vururduqsa, evdə rəqibi hər şeydə üstələyirdik. Yaratdığımız imkanların bir hissəsindən istifadə etdik və layiqli şəkildə mərhələ adladıq.
- Rusiya klubuna düşməyinizə sevinirsiniz?
- Əlbəttə, xoşdur. Mən Rusiyada yaşayıram. Valideynlərimin evi Moskva ətrafındadır. Hər imkanda onların yanına gedirəm. Yaxşı ki, məhz Tula “Arsenal”ına düşdük. Mən Premyer Liqada oynayanda belə komanda yox idi. Amma əksər futbolçularla artıq tanışam. Kombarov və Qorbatenko ilə “Spartak”da, Lutsenko ilə Saranskda bir yerdə oynamışıq. Stadionda görüşüb, danışacağıq. “Arsenal”ın “Otkrıtıye"dəki oyununu görmüşəm. Bilirəm ki, ikinci dövrədə çox güclü çıxış etdilər. Amma bizim də yaxşı komandamız var. Çalışacağıq ki, mübarizə aparaq və mərhələ adlayaq.
- “Neftçi” haqda danışardınız ki, bu necə komandadır?
- Azərbaycan tarixinin ən titullu klubudur. Son 6 ildə “Qarabağ” dominantlıq edir. Amma ötən mövsüm biz də çempionluğa yaxın idik. Yeri gəlmişkən, burda “Neftçi” Rusiyada “Spartak” olduğu kimi “xalq komandası” sayılır. Belə alınır ki, mən xalq komandalarını gəzirəm.
- Amma daha çox “Zenit”ə oxşayır. Emblemində neft buruğu, adı isə aydın məsələdi...
- “Neftçi” əvvəl “Neftyanik” adlanıb. Ona görə adı da tarixidir. Axı Bakı həmişə neft şəhəri olub. Əsas sponsorumuz da neft çıxarma ilə məşğul olan SOCAR dövlət şirkətidir. Amma inanın ki, bu, “Zenit”də olan “Qazprom” kimi deyil.
- “Arsenal” ötən mövsüm 6-cı olub. “Neftçi” Rusiya Premyer Liqasında neçənci yeri tuta bilər?
- “Neftçi” və “Qarabağ”ın səviyyəsi Premyer Liqanın ikinci “səkkizliy”idir. Bəxtləri çox gətirsə, ilk “səkkizliy”in sonlarında qərarlaşarlar. Amma bizdə də yaxşı futbolçular var. Məsələn, qapıçı Səlahət Ağayev ötən mövsümü möhtəşəm keçirdi. İndi o, ölkənin ən yaxşı qolkiperidir. Hücumda yaxşı legionerlərimiz var. Yeni oyunçumuz Stiven Jozef-Monroz və indi zədəli olan ən yaxşı bombardirimiz Baqali Dabo. Hər ikisi Fransadandır.
- Baş məşqçi də italiyalıdır...
- Roberto Bordin. Oyunçu kimi “Napoli”də 100-dən çox matç keçirib. Bizə qədər “Şerif”i çalışdırıb və iki il öncə bu komanda Avropa Liqasının qrupunda Rusiyada “Lokomotiv”ə qarşı oynayıb. Ümumiyyətlə, italiyalılar müdafiə olunmağı sevirlər. Amma Bordin bizə hücum futbolu aşılayır. Əlbəttə ki, taktikanı da sevir. Yəqin ki, o, mənim hücum planında ən yaxşı məşqçimdir.
- “Neftçi”də artıq 12 qol vurmuşunuz. Bunadək karyeranızda 3 qol var idi. Bunun səbəbi nədir?
- Rusiyada dayaq yarımmüdafiəçisi kimi oynayırdım. “Spartak”da ümumiyyətlə mərkəz xəttini nadir hallarda keçirdim. Mənə çətin idi. “Neftçi”də də yeni məşqçi gələnədək dayaq yarımmüdafiəsinin dərin zonasında başladım. Bordin sxemi dəyişdi və məni hücuma yaxın çəkdi. Özümün də qol vurmaqdan xoşum gəlir.
- Bordin sizi kapitan da təyin edib. Hərçənd bir ildir komandadasınız...
- Bizdə kifayət qədər oyunçu dəyişikliyi oldu. Mənə hörmət bəsləyirdilər, hamı ilə münasibətim yaranmışdı. Buna görə də məşqçi məni kapitan təyin etdi.
- “Neftçi”nin oyunlarına nə qədər azarkeş gəlir?
- Təəssüf ki, Rusiyadakı kimi deyil. Stadionumuz 15 min tutuma malikdir. Azərbaycan çempionatının oyunlarına 3-4 min gəlir. Əminəm ki, “Arsenal”la Avropa Liqası matçında qat-qat çox olacaq.
Emin Mahmudov: “Neftçi” və “Qarabağ”ın səviyyəsi Rusiya Premyer Liqasının ikinci “səkkizliy”idir” - MÜSAHİBƏ
Xəbər Lenti
Fitso: NATO sammitinin yekun sənədi Ukraynanın maliyyələşdirilməsini məcburi etməyəcək
Şərurda ağır qəza: bir ailənin üç üzvü ölüb - FOTO
DÇ-2026: Braziliya Norveçə məğlub olaraq, turnirlə vidalaşıb
Tramp NATO sammitində müttəfiqləri müdafiə xərclərini artırmağa çağıracaq
Bakı–Sumqayıt yolunda zəncirvari qəza: xəsarət alanlar var
Tramp Zelenski ilə görüşdən sonra Putinlə danışmağı planlaşdırır
Times: Ukraynalı qadın hərbçilər ölkədə məcburi hərbi xidmətin tətbiqini dəstəkləyiblər
Rusiya SOCAR-ın Ukraynada yanacaqdoldurma məntəqəsinə dron zərbəsi endirib
ABŞ Hərbi Dəniz Qüvvələri Ərəb dənizində itkin düşən hərbçinin axtarışlarını dayandırıb
Stoltenberq: Almaniya hərbi gücə çevrilmək yolundadır
Polşa Ukraynaya silah tədarükləri barədə məlumatları açıqlayacaq
Britaniyada tullantılar arasında ölkənin Müdafiə Nazirliyinin sənədləri tapılıb
Fransada muzeydən 4 milyon avro dəyərində zinət əşyaları oğurlanıb
Lekler Britaniya Qran-prisinin qalibi olub
Netanyahu: İsrailin ABŞ-dan başqa da dostları var
Qazaxın Aslanlı kəndində taxıl sahəsi yanıb - VİDEO
Stoltenberq: NATO-nun əbədi mövcud olacağına zəmanət yoxdur
Netanyahu: ABŞ ilə İran məsələsində fikir ayrılığı yoxdur
Azərbaycan Dəmiryol Muzeyində "Açıq qapı” günü - FOTO
Şəmkirdə iki avtomobil toqquşub, ölən və xəsarət alan var
Fransada meşə yanğını 1,5 min hektar ərazini əhatə edib
Messi “Qızıl top”a namizəd ola bilər
Zimbabve Milli Assambleyasının spikeri Azərbaycana rəsmi səfərə gəlib
Rusiyaya Belarusdan benzin idxalı tarixi maksimuma çatıb
Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb
Makron Suriyaya səfər edəcək
Avropada günəş panelləri döşənmiş dəmir yollarının tətbiqinə başlanıla bilər
Türkiyədə meşə yanğını başlayıb
Slovakiyada sabiq baş nazirlərə verilən imtiyazlarla bağlı referendum baş tutmayıb
İsmayıllıda sürücü və sərnişinin öldüyü qəzanın səbəbi məlum olub
Ukrayna Ordusu Krımda hərbi aerodroma və enerji qovşaqlarına zərbə endirib
Rusiya MN: Ukraynanın hərbi aerodromlarına və enerji infrastrukturuna zərbələr endirilib
Yurgen Klopp Almaniya millisinin yeni baş məşqçisi olacaq
II və III ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanı keçirilib - YENİLƏNİB
Yeni nəsil dövlət idarəçiləri qabaqcıl süni intellekt həllərini öyrənirlər
İran Hörmüz boğazıyla bağlı dost ölkələr üçün xüsusi şərtlər təklif edəcək
Ukrayna Belqoroda PUA zərbəsi endirib, Qrayvoron dairəsinin rəhbəri ağır yaralanıb
Sabah Bakıda hava küləkli olacaq, rayonlara arabir yağış yağacaq
İsrail BƏƏ-yə “Dəmir Günbəz” sistemi göndərdiyini rəsmən təsdiqləyib
Xamenei ilə vida mərasimi davam edir
64 yaşlı kişi Zəngilanda çayda boğulub - YENİLƏNİB-1
Zərdab sakininin su arxından meyiti tapılıb
Qubada minik avtomobili yük maşınına çırpılıb, 3 nəfər xəsarət alıb - YENİLƏNİB
Rusiya və Ermənistan baş nazirlərinin görüşü olacaq
“AzerGold” QSC-nin fəaliyyətə başlamasının 10 illiyi münasibətilə Fəxri xiyaban və Şəhidlər xiyabanı ziyarət olunub
Ölkə ərazisinin bəzi yerlərində yağış yağıb, qısamüddətli leysan xarakterli olub - FAKTİKİ HAVA
Türkiyədə Qara dəniz sahilində PUA aşkarlanıb
AZAL: Bu gün Naxçıvan reyslərində gecikmələr və təxirə salınmalar nəzərdə tutulur
Tramp: ABŞ çox tezliklə Marsa pilotlu uçuş təşkil edə bilər
Xaçmazda zəlzələ olub