Bank Of Baku

Emin Mahmudov: “Rusiya çempionatının ikinci "8-liy”ində qərarlaşanlarla bizim legionerlər eyni səviyyədədirlər”

Emin Mahmudov: “Rusiya çempionatının ikinci "8-liy”ində qərarlaşanlarla bizim legionerlər eyni səviyyədədirlər”
# 24 iyul 2019 22:14 (UTC +04:00)

"Çox ciddi hazırlaşmışıq. Bizi çətin oyun gözləyir. Bura qələbə qazanmağa gəlmişik”. 

APA-nın məlumatına görə, bunu “Neftçi” klubunun futbolçusu Emin Mahmudov deyib.

Təcrübəli yarımmüdafiəçi Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində iyulun 25-də keçiriləcək "Arsenal” – "Neftçi” oyunu öncəsi mətbuat konfransında fikirlərini açıqlayıb: “Bunun üçün əlimizdən gələni edəcəyik. Ümid edirəm, evə müsbət nəticə ilə dönəcəyik. Məncə, bizdəki əcnəbilərlə "Arsenal”ın legionerləri arasında elə böyük fərq yoxdur. Rusiya çempionatının ikinci "8-liy”ində qərarlaşanlarla bizim legionerlər eyni səviyyədədirlər. Təbii ki, Rusiya top-klublarında legionerlər bizimkilərdən daha güclüdürlər. Kirill Kombarovla 2 il bir yerdə oynamışıq. Əlbəttə, sabah həm onunla, həm digər oyunçularla, həm də ikinci və üçüncü məşqçilərlə görüşüb, danışacağam. Çoxdandır əlaqə saxlamırıq. Köhnə dostlara qarşı oynamaq xoş olacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR