"Oyuna pis başladıq. Bununla belə, vaxtında toparlanıb qol epizodları yaratdıq və bunlardan faydalandıq”.
APA-nın məlumatına görə, bunu “Neftçi”nin futbolçusu Emin Mahmudov deyib.
Azərbaycan Premyer Liqasının IX turunun “Sumqayıt”la oyununda penaltidən vurduğu qollarla 4:2 hesablı qələbədə pay sahibi olan yarımmüdafiəçi qarşılaşma barədə fikirlərini açıqlayıb: “Yaxşı ki, buraxdığımız qolun əvəzini tez çıxa bildik. Təbii ki, hər qələbə özümüzə olan inamı artırır. Belə də davam etməliyik. Qol epizodlarından daha da yaxşı istifadə etməyə başlamışıq. Qalib gəlmək çox vacibdir. Bu, xallarımızın sayını artırmaqda bizə kömək edir. Hesabda geridə olduğumuz halda qələbə qazanmaq isə xarakterimizin göstəricisidir”.