Bank Of Baku

Əmrə Morun “Qalatasaray”a keçidi rəsmiləşib

Əmrə Morun “Qalatasaray”a keçidi rəsmiləşib
# 02 avqust 2019 14:55 (UTC +04:00)

Türkiyənin “Qalatasaray” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

APA-nın məlumatına görə, İstanbul təmsilçisi Türkiyə milli komandasının oyunçusu Əmre Moru icarəyə götürüb.

Müqavilə ilə İspaniyanın “Selta” klubuna məxsus futbolçu 2019/2020 mövsümündə “sarı-qırmızılar”ın formasını geyinəcək. “Qalatasaray” Viqo təmsilçisinə 600 min avro ödəyəcək. Futbolçunun özü isə bu keçiddən 725 min avro qazanacaq.

Müqaviləyə əsasən, istanbullular bir ildən sonra 8 milyon avro ödəməklə 22 yaşlı hücumçunu transfer edə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR