UEFA 2018/19 mövsümünün ən yaxşı yarımmüdafiəçisini mükafatlandırıb.
APA-nın məlumatına görə, təltifetmə mərasimi Çempionlar Liqasının qrup mərhələsinin püşkatmasında gerçəkləşib.
Bu mükafata mövsümü “Ayaks”da keçirən Frenki de Yonq sahib çıxıb. O, UEFA-nın sorğusunda Kristian Eriksenlə
Cordan Hendersonı qabaqlaya bilib.
Qeyd edək ki, 2018/19 mövsümünün ən yaxşı qapıçısı “Liverpul”un əlcək sahibi Alisson Bekker, müdafiəçisi isə onun komanda yoldaşı Vircil van Diyk olub.